İKT

Bu smartfonlarda zəif eşidənlər üçün vacib yenilik -FİNS
06 FEVRAL
88

Bu smartfonlarda zəif eşidənlər üçün vacib yenilik -FİNS

2019-02-06 14:56:00

Fins.az-ın məlumatına görə,“Google” şirkəti “Android” əməliyyat sisteminin eşitmə qüsurlu istifadəçilər üçün iki faydalı funksiyanı nəzərdə tutan yenilənməsini planlaşdırır.məlumata görə, “Live Transcribe” adlanan birinci funksiya “suflyor” rolunu oynayır – smartfon mikrofonlar vasitəsilə həmsöhbətin danışığını “başa düşərək” onu ekranda mətnli şəkildə göstərir ki, bu da onu oxumağa və cavablandırmağa imkan verir. Qallodet Universiteti ilə tərəfdaşlıqda hazırlanan funksiya ilkin mərhələdə 70 dili dəstəkləyir. İkinci yenilik smartfon və qulaqcığı eşitmə aparatı analoquna çevirərək ətrafdakı səssiz səslərin ucalığını artırmaqla fon səsini azaldan “Sound Amplifier” funksiyasıdır. Süni intellekt ətraf şəraitdən asılı olaraq səsin gücləndirilməsinin və küyün azaldılmasının intensivliyini avtomatik tənzimləyir.

Hazırda “Live Transcribe” funksiyasından beta test proqramı üzrə istifadə mümkündür, “Sound Amplifier” funksiyasını isə “Google Play” əlavələr mağazası vasitəsilə “Android 9” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfona quraşdırmaq olar.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255