İKT

“Apple” “refurbish” “iPhone”ların satışına başlayır
05 FEVRAL
234

“Apple” “refurbish” “iPhone”ların satışına başlayır

2019-02-05 15:28:00

“Apple” ilk dəfə “refurbish” “iPhone” satışını həyata keçirəcək.

Fins.az xəbər verir ki, bu, 64 GB daxili yaddaşı olan “iPhone X” modeli olacaq və satışı ABŞ, Böyük Britaniyada reallaşdırılacaq. Qiymətlərə gəlincə, müvafiq olaraq 769 dollar və 769 funtdur.

Bəzi analitiklər şirkətin bu addım ilə bir növ “iPhone XR”ə rəqib yaratdıqlarını bildirir və bununla da alıcıları çətin seçim qarşısında qoyduqlarını irəli sürürlər. Baxmayaraq ki, “iPhone XR” “iPhone X”dan daha yeni və güclü prosessora malikdir, lakin qiymətin demək olar ki eyniləşməsi seçimi çətinləşdirir.

Təbii ki, “iPhone XR” almaq istəyənlər yeni smartfon sahibi olur, lakin “refurbish” məhusullar da yeni qutuda, bütün detalları test edilmiş, aksessuarları yenidən təmizlənmiş və paketlənmiş, yeni batareyalı və üzlüklüdür. Ən əsası isə məhsulun sertifikatlı olmasıdır.

256 GB daxili yaddaşı olan “refurbish” “iPhone X”lar isə 899 dollar və 899 funta təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263