İKT

“iOS 12.2”də yeni “Animoji”lər təqdim olunub
05 FEVRAL
156

“iOS 12.2”də yeni “Animoji”lər təqdim olunub

2019-02-05 15:24:00

“iOS 12.2”nin ən yeni “beta” versiyasında “Message” və “FaceTime”da istifadə oluna biləcək yeni “Animoji”ləri təqdim edib.

Fins.az xəbər verir ki, yeni “Animoji”lər zürafə, bayquş, çöl donuzu və köpəkbalığıdır.

Bu animasiyalardan yeni “iPhone” və “iPad Pro”larda mövcud olan “TrueDepth” kamerasının dəstəyi ilə istifadə etmək mümkündür.

Bu animasiyalar da insanların bütün hərəkətlərini, göz və qaşların tərpədilməsi, dodaq və çənənin hərəkət etdirilməsi, dil çıxartmaq və s. təkrarlaya bilir.

Qeyd edək ki, bununla da “Animoji”lərin sayı 24 çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263