İKT

"Apple" yenidən ABŞ-ın ən bahalı brendi olmağı bacarıb
05 FEVRAL
72

"Apple" yenidən ABŞ-ın ən bahalı brendi olmağı bacarıb

2019-02-05 15:16:00

Dünən “Apple” digər ABŞ şirkətləri, “Amazon” və “Microsoft”u ötərək ən bahalı şirkət adını geri qaytarıb.

Fins.az  xəbər verir ki, “Apple” və “Microsoft”un səhmlərindəki qiymət dəyişkənliyi “Apple” şirkətinin bazar kapitalizasiyasının bir neçə saniyə ərzində 806,6 mlrd. dollara çatmasına səbəb olub. “Microsoft”u bununla 200 mln., “Amazon”u isə 1,2 mlrd. dollar qabaqlayıb. Ancaq qısa zaman sonra “Microsoft” yenidən birinciliyə qayıdıb.

Analitiklərin proqnozlarına görə, “Amazon” tezliklə ən bahalı şirkət olacaq və onun bazar kapitalizasiyası 1 trln. dolları ötəcək.

İkinci pillədə “Microsoft”, 3-də “Alphabet”, 4-də isə “Apple” olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255