İKT

iPhone XR ilə rəqabət apara biləcək yeni model TƏQDİM OLUNACAQ
05 FEVRAL
155

iPhone XR ilə rəqabət apara biləcək yeni model TƏQDİM OLUNACAQ

2019-02-05 11:35:00

Samsung brendinin pərəstişkarları üçün şad xəbər.

Galaxy S10 və S10+ renderlərindən sonra internetdə möhtəşəm üçlüyün sonuncu və ən yığcam modelinin şəkilləri yerləşdirilib. Görüntüləri paylaşan mənbə modelin Galaxy S10E adını alacağını qeyd edib. Qeyd edək ki, Samsung brendinin bu modeli yaratmaqda əsas məqsədi iPhone XR ilə rəqabət aparmaqdan ibarətdir.

Daha əvvəl təqdim edilən Galaxy S10 modellərindən fərqli olaraq, flaqman 5,8 düym (inches) displey və daha az qabarıqlara malikdir. Modelin korpus dəyişikliyinə səbəb barmaq skanerinin yerdəyişməsi olub. Belə ki, barmaq izi skaneri, korpusun sağ tərəfində mərkəzdən bir az yuxarıda yerləşdirilib.

Səs yüksəkliyi tənzimləyicisi isə korpusun sol hissəsinə keçirilib. Renderə nəzər salsaq, korpusun aşağı hissəsində naqilli qulaqcıqların qoşula bilməsi üçün istifadə edilən standart audioport yerləşdirilib.

Frontal kamera (ön kamera) Galaxy S10 modelində olduğu kimi displeyə quraşdırılıb. Korpusun arxa hissəsində ikili kamera modulu yer alıb. Güman edilir ki, istehsalçı kamera modulunun təchiz edilməsinə görə ToF-ötürücüsündən imtina etməli olub.

 

Yeni Galaxy S10E görüntülərini paylaşan şəxs, modelin daxili yaddaşının yalnız 6 GB, quraşdırılan yaddaş həcminin isə 128 GB olacağını qeyd edib. Bütün nüanslar ilə yanaşı prosessorun flaqman sayağı, batareya tutumunun isə 3100 mAh olacağı bildirilir. Modelin ilkin qiyməti təqribən 750 evro müəyyənləşdirilib. Rəsmi təqdimat isə 20 fevral tarixində baş tutacaq.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263