İKT

Niyə “Windows”da işə başlamaq üçün “Ctrl+Alt+Del” basılmalıdır?
05 FEVRAL
169

Niyə “Windows”da işə başlamaq üçün “Ctrl+Alt+Del” basılmalıdır?

2019-02-05 11:23:00

Fins.az-ın məlumatına görə, bununla bağlı böyük auditoriya qarşısında müsahibə verən «Microsoft»-un yaradıcısı Bill Qeyts səmimi etirafı gülüş doğursa da, əslində bu zarafat deyil. “Niyə “Windows”da işə başlamaq üçün “Ctrl+Alt+Del” basılmalıdır və bu kimin ideyası idi” sualına gülüşlə cavab verən Qeyts bildirib ki, bu qərar səhv idi: “Lakin  günahkar mən yox, “IBM” şirkətinin mühəndisi Devid Bredli olub.
Hansı ki, “Microsoft” üçün əlavə klaviatura yaratmaqdan imtina etmişdi”. Ona görə “Ctrl+Alt+Del” kombinasiyasını istifadə etməyin yeganə üsulu istifadəçi adına daxil olmaq üçündür ki, hansısa bir kənar zərərverici proqramlar bu cür pəncərə yaradıb istifadəçi şifrəsini oğurlaya bilməsin. Məhz “Ctrl+Alt+Del” kombinasiyasını sistemi yenidən başlatmaq üçün fikirləşən Bredli də 2 il əvvəl çıxışlarının birində bu məsələyə münasibət bildirib: “Mən ola bilər ki, bu kombinasiyanı fikirləşmişəm, amma onu Bill Qeyts  məşhur edib”.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263