İKT

Alimlərdən insan dərisi ilə bağlı yenilik-FİNS
05 FEVRAL
86

Alimlərdən insan dərisi ilə bağlı yenilik-FİNS

2019-02-05 08:13:00

fins.az-ın məlumatına görə, Konnektikut Universiteti və Toronto Universitetindən olan amerikalı və kanadalı mühəndislər, kimyaçılar və bioloqlar qrupu süni dəridə təzyiqi, vibrasiyanı, hətta maqnit sahəsini hiss edə bilən yeni növ sensor hazırlayıblar. Bu texnologiya yanıq yerlərindən əziyyət çəkən, dərisi zədələnən insanlara kömək edəcək. Yeni sensor mis naqilə dolanmış, dəmir oksidinin hissəcikləri ilə doldurulmuş elastik silikon borudan ibarədir. Dəmir nanohissəcikləri borunun içində hərəkət etdikcə elektrik yükü yaradır və bu da mis naqillə ötürülür. Boruya təzyiq olunanda, elektrik cərəyanı dəyişir.

Konnektikut Universitetinin postdoktorantı İslam Mosa (Islam Mosa) deyir ki, “hazırladığımız süni dəri növünü elektron dəri adlandırmaq olar”: “Bu, elastikliyə, gərilmə xüsusiyyətlərinə, habelə insan dərisini imitasiya edən unikal sensor imkanlara malik yeni elektronika növüdür”.

İnsan dərisi kimi ətraf mühitdəki dəyişikliklərə reaksiya vermək özəlliyindən başqa elektron dəri maqnit sahəsindəki fluktasiyaları və səs dalğalarının vibrasiyasını hiss edə bilir. Layihənin müəlliflərindən biri, Toronto Universitetindən Əbdülsalam Əhmədin (Abdelsalam Ahmed) sözlərinə görə, tədqiqatçılar qarşılarına sensor imkanları insanın sensor xüsusiyyətlərini üstələyən süni dəri yaratmaq tapşırığı qoyublar.  

“Elektron dəri üçün sensorun yaradılması prosesində bizə ən böyük motivasiya bu texnologiyanı insanın imkanları çərçivəsindən çıxarmaq istəyi olub. Biz göstərdik ki, elektron dəri effektiv təhlükə sensoru qismində xidmət edə bilər”, - deyə Əhməd bildirib.

Alimlər hesab edir ki, onların ixtirası elektron təhlükəsizlik sistemləri, xilasetmə əməliyyatları üçün robot istehsalçıları, habelə sağlamlıq vəziyyətinin uzaqdan monitorinqi üçün yeni nəsil cihazlar arasında marağa səbəb olacaq. Bundan sonra qrup daha təbii şəkildə süni dəriyə inteqrasiya edə bilən və fonda seçilməyən daha yastı prototip hazırlamağı, bundan başqa, elektron dərini tamamilə biouyğun etməyi planlaşdırır.

Layihə müəllifləri qeyd edirlər ki, hal-hazırda bu cür bir sensorun istehsal dəyəri 5 dollardan aşağı deyil. Bu ixtiranı patentləşdirən alimlər yaxın bir neçə il ərzində onunla bazara çıxmağa hazırlaşırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255