İKT

Bu il “Xiaomi”nin 5 modeli bazara çıxarılacaq
04 FEVRAL
108

Bu il “Xiaomi”nin 5 modeli bazara çıxarılacaq

2019-02-04 17:21:00

“Xiaomi”nin rəhbəri Lei Jun bu il ucuz qiymətə yeni smartfon və “Xiaomi”yə məxsus premium modellər istehsal edəcəklərini açıqlayıb.

Fins.az xəbər verir ki, şirkət qadınlara məxus smartfonların da istehsalına bu il başlayacaqlarını əlavə edib.

Bundan başqa, “Xiaomi”nin xarici bazar üçün “Poco”, “Mito” və “Black Shark” modellərinin, həmçinin oyunsevərlər üçün də məxsusi modellərin istehsalı düşünülür.

Şirkət rəhbəri 2019-cu il ərzində 5 yeni modeli bazara çıxaracaqlarını əminliklə qeyd edib.

“8 il öncə “Xiaomi” 10 nəfər işçisi olan bir şirkət idi. İllər ərzində şirkət çox nailiyyətlər əldə etdi. Bu gün şirkətimiz dünyanın ən çox smartfon istehsalçıları arasında 4-cüdür”, - deyə şirkət rəhbəri əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259