İKT

Bu telefonlarda "WhatsApp" üzünüzü və barmaq izinizi tanıyaraq açılacaq
04 FEVRAL
206

Bu telefonlarda "WhatsApp" üzünüzü və barmaq izinizi tanıyaraq açılacaq

2019-02-04 17:05:00

Məşhur mesajlaşma tətbiqi olan "WhatsApp"a yeni bir təhlükəsizlik funksiyası gəlib.

Fins.az xəbər verir ki, artıq "iPhone" vasitəsilə "WhatsApp"a daxil olarkən "Touch ID" və "Face ID"dən istifadə etmək mümkün olacaq və bununla da tətbiq istifadəçinin barmaq izini və ya üzünü tanıyaraq açılacaq.

Qeyd edək ki, bir müddətdir sınaq mərhələsində olan bu təhlükəsizlik özəlliyi iOS əməliyyat sistemində "WhatsApp"ın ən son yenilənməsi olan 2.19.20 ilə aktivləşdirilə bilər.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255