İKT

“İrşad Electronics” yeni “Honor 10 Lite” smartfonunun təqdimatını keçirib
04 FEVRAL
231

“İrşad Electronics” yeni “Honor 10 Lite” smartfonunun təqdimatını keçirib

2019-02-04 14:45:00

2 Fevral 2018-ci il tarixində Bakıda “Four Seasons” mehmanxanasında “İrşad Electronics” şirkəti tərəfindən “Honor 10” ailəsinin yeni üzvü olan “Honor 10 Lite” modelinin təqdimatı keçirilib. Təqdimatda media nümayəndələri, blogerlər və şirkətin dilerləri iştirak ediblər.

Tədbirin açılışıda çıxış edən “İrşad Electronics” şirkətinin Satışa nəzarət departamentinin rəhbəri Aris Şıxaliyev bildirdi ki, “Honor” telefonları həm parametrlərinə, həm də qiymətlərinə görə bazarda özünü doğruldub. Artıq yüksək parametrlərə malik telefonları münasib qiymətlərə almaq mümükündür:

““Honor  10 Lite” aşağı qiymətinə qarşı qəşəng dizayna, geniş xüsusiyyətlərə malik bir telefondur. 24 meqapiksel kameraya, 3 GB əməliyyat, 32 GB daxili yaddaşa malik bu telefonun qiyməti cəmi 499 manatdır. Digər markaların “Honor 9 Lite” səviyyəsində parametrlərə malik olan modelləri daha bahadır”.

 “HONOR”DAN BÖYÜK HƏDƏFLƏR

Təqdimat mərasimində “Honor” şirkətinin nümayəndəsi çıxış edərək bildirdi ki, "Huawei" şirkətinin tərkibində fəaliyyət göstərən “Honor” münasib qiymətlərə geniş funksiyalı telefonlar istehsal edir. Şirkət, 2020-ci ildə beşinci, 2022-ci ildə isə üçüncü ağıllı telefon istehsalçısı olmağı hədəfləyir.

TELEFONUN ÜZÜNÜN 90 FAİZİNİ EKRAN TUTUR

Daha sonra “Honor 10 Lite” modelinin xüsusiyyətləri barədə məlumat verildi. Bildirildi ki, telefonda ilk diqqəti çəkən geniş ekranıdır. Telefonun üzünün 90%-i ekrandan ibarətdir. 6.2 düymlük ekrana malik “Honor 10 Lite”da, “Full HD + IPS LCD” ekrandan istifadə edilir.

GÜCLÜ PROSESSORU İLƏ SÜRƏTLİ İŞLƏYİR

Qəşəng dizayna malik “Honor 10 Lite” telefonu gücünü “Kirin 710” prosessorundan alır. Bu prosessor daha qüsursuz bir performans təqdim edir, yəni telefon “donmur”.  3 GB RAM  ağıllı telefonun əməliyyat sürətini yüksəldir. Azərbaycan bazarında “Honor 10 Lite”ın 32 GB daxili yaddaşa malik versiyası təqdim edilir. Yaddaşı MicroCD kart ilə  512 GB-a qədər artırmaq mümkündür.

“Honor 10 Lite” telefonu “Andorid 9 Pie” əməliyyat sistemi ilə təchiz edilir.

OYUN HƏVƏSKARLARI ÜÇÜN MÜKƏMMƏL TELEFON

“Honor” şirkəti texnologiyanı modaya və gənclərin ehtiyaclarına adaptasiya edir. “Honor 10 Lite” modelində “Honor” şirkətinin cığır açan “GPU Turbo” qrafik texnologiyası da mövcuddur. Bu texnologiya oyun həvəskarlarının ürəyincə olacaq. “Honor 10 Lite”da yüksək kadr sürətindəki oyunları oynamaq zövq verir. Eyni zamanda, oyun oynadıqda “GPU Turbo” sayəsində batareyanın enerjisi gec tükənir.

24 MEQA PİKSEL SELFİ KAMERASI

“Honor 10 Lite”ın arxa hissəsində 13 MP və 2MP olmaqla cüt, ön hissəsində isə 24 MP selfi kamerası yer alır. Kameralar süni intellekt texnologiyasını istifadə edir. “Honor 10 Lite” fərqli obyektləri tanıya və fərqli ssenarilərə görə ən uyğun nizamlamaları edə bilir.

24 MP selfi kamerası həm gündüz, həm də gecə yüksək keyiyyətli fotolar çəkməyə imkan verir. Ön kamera səkkiz selfi ssenarisini tanıyır və fotoşəkilin arxa planını da optimizə edir. Telefonun “AI” adlı gözəllik alqoritmi yaşınıza, cinsiyyətinizə və dəri tonunuza görə gözəllik efektlerini fərdiləşdirərək təbii bir görünüş əldə etmənizi təmin edir. "AI" texnologiyasının işıqlandırma rejimləri ilə evinizdə studiya keyfiyyətində selfilər çəkmək artıq çox asandır.

SUPER GECƏ ÇƏKİLİŞİ

Artıq möhtəşəm gecə çəkilişləri üçün professional bacarıqlara da ehtiyac yoxdur. Titrəşmənin qarşısını alan "Super Gecə Çəkilişi" rejimilə mükəmməl gecə çəkilişləri edə bilərsiniz.

SÜNİ İNTELLEKT İLƏ GÜCLÜ RABİTƏ

"Honor"un süni intellekt texnologiyası zəif telefon siqnalı olan bölgələrdə zənglərin keyfiyyətini artırır. Eyni zamanda, süni intellekt texnologiya istifadəçinin liftə girdiyini müəyyən edir və çıxdıqda telefonu üç saniyə ərzində 4G şəbəkəsinə bağlayır.

Telefonun SIM kart girişi sayı 2-dir.

AYDA 28 MANAT ÖDƏYƏRƏK AL

Təqdimatda bildirildi ki, “Honor 10 Lite” telefonunu nağd qiymətinə 12 və 18 ay müddətlərinə hissə-hissə ödənişlər ilə də almaq olar (Telefonun nağd qiyməti 12 və ya 18 aya bölünür). “Kapital Bank”ın “Bir kart” sahibləri ilkin ödənişssiz, faizsiz və komissiyasız 18 ay müddətinə hissə-hissə ödəniş imkanından faydalana bilərlər. Bu zaman aylıq ödəniş 27.72 manat təşkil edir.

“İrşad Electronics”in daxili şərtləri ilə də telefonu ilkin ödənişsiz, komissiyasız, faizsiz 12 ay hissə-hissə ödənişlər ilə əldə etmək olar. Bu halda aylıq ödəniş 41,58 manat təşkil edir.

Daha ətraflı: https://irtelecom.az/honor-10-lite

Qeyd edək ki, hazırda “İrşad Electronics” mağazalarında“Honor 10 Lite” modeli ilə bərabər "Honor 7A", "Honor 7C", "Honor 8X", "Honor 9 Lite", "Honor 10" modelləri də satışdadır. “Honor” telefonlarının qiyməti 249 manatdan başalyır.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266