İKT

Rasim Cabbarov: "Bizim kəşf etdiyimiz qurğu qaz sızması olan evin sakinləri evdə olmasa belə mobil telefonuna siqnal göndərir"
15 YANVAR
975

Rasim Cabbarov: "Bizim kəşf etdiyimiz qurğu qaz sızması olan evin sakinləri evdə olmasa belə mobil telefonuna siqnal göndərir"

2019-01-15 11:24:00

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin  elmi tədqiqat şöbəsinin müdiri fizika üzrə fəlsəfə doktoru,professor Rasim Cabbarov qurumun əsas fəaliyyət prinsipi barədə Fins.az-a məlumat verib

 

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin fəliyyət istiqamətləri hansıdır?

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində yaradılan müasir tipli laboratoriyalarda  alınan prototip tipli məhsullar davamlı iqtisadi artımı təmin edən enerji qənaətli və ətraf mühit strategiyası əsasında sənayeləşməyə keçid mərhələsindədir. Bu isə özlüyündə əsas elmi araşdırma,texnologiyanın yaradılması və inkişafı ,prototipin yaradılması sənayeyə keçid sxemi ilə həyata keçirilir. Mərkəzdə sonuncu nəsil zəngin laboratoriyalar qurulub.Fotometrik laboratoriya, Biokimya nanotexnoloji laboratoriya, A-CVD karbon nanotexnologiyalar laboratoriyası, Optik spektroskopiya laboratoriyası, Elektron mikroskop laboratoriyası ,AFM-Atom Qüvvət Mikroskopu, SEM - Skanedici Elektron Mikroskop quraşdırılıb.Fəaliyyətə başlayanda iki istiqamət qoyulub işıqlanma texnologiyaları və korbon nono texnologiyalar bu istiqamətdə biz hökümətin dəstəyi nəticəsində yüksək texnologiyaları özündə etiva edən labaratoriyalar qurduq. Həmin labaratoriyalarda yüksək texnoloji avadanlıqlar alındı.

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində kəşf edilən yeni texnologiyaların ölkəmizə uyğunlaşdırlmasında məqsəd nədir?

Elmin biznesyönlü inkşafı ilə bağlı fəaliyyətimizi qurmağa çalışırıq. Əsas məqsəd Azərbaycanda yüksək texnologiyaların  inkşafı və elmi biznesə yönəldə bilməkdir.

Mərkəzin kəşf etdiyi yeni texnologiyalar var?

Bu günə kimi işıq texnologiyasından daha səmərəli led işıqları əldə edə bilmişik.Daha innovativ materiallar olan karbon nano trubkalarının mənbəyi kimi Azərbaycanın neft tullantılarını istifadə edirik. Neft tullantılarından alınan istehsal vasitələri dünya bazarında olanlardan daha ucuz başa gəlir və bunun əsasında bir çox müasir nano qurğuların gələcəkdə tərkibində istifadə edilə bilər.Bizim kəşf Azərbaycanda polimer sənayesinin inkşafında mühüm rol oynaya bilər.2018-ci ildə gördüyümüz işlərin nəticəsi kimi, BAKUTEL 2018 sərgisində ilk növbədə Azərbaycanda mövcud olan işıq sistemlərini həm ekoloji həm də iqtisadi cəhətdən daha səmərəli işıq sistemləri ilə əvəz etmə potensialımızı nümayiş etdirdik. İkincisi biz karbon nano trubka və yarıkeçiricilər fizikası əsasında müxtəlif sensorlar nümayiş etdirdik.Qaz sensorları məişət qazı ilə bağlı bizim düzəltdiyimiz bu sensorlar qapalı mühitdə, yəni evdə hər hansı qaz sızması varsa evdə adam olmasa belə həmin insanın istifadə etdiyi mobil telefona siqnal göndərə bilir.

Hazırda sizin mərkəzin kəşf etdiyi hər hansı məhsul istifadə edilir?

Bizim mərkəz bu tip məhsulların prototipini  istehsal edərək nümunə şəklində istehsal müəsisələrinə təqdim edir.Elm tutumlu biznesin inkşafı üçün bütün bunlar əvəzsiz hesab edilir. Hər hansı bir sürücü taksini yaxud avtobusu içkili halda sürərsə bizim kəşf etdiyimiz kiçik qurğu Nəqliyyatın İntelektual idarə olunması sisteminə dərhal xəbər verir. Bizim qurum kəşf etdiyi işıqlarla mövcud sistemdə kiçik mühəndis dəyişikliyi edərək şəhərlərin küçə və prospektlərinin işıqlanmasını daha səmərəli və daha sərfəli şəkildə həyata keçirə bilərik. 

Sizin mərkəzin əməkdaşları yerli kadrlardır yaxud xarici mütəxəsislər?

Bizim 23 nəfərlik işi heyətimizin hamısı yerli mütəxəssislərdir.Bu mütəxəsislərin əksəriyyəti xarici ölkələrdə  müəyyən əmək təcrübəsi olan, yaxud təhsil alan və təcrübə keçən gənc kadrlardır.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259