İKT

Yaponiya elektron müharibə üçün zərbə təyyarələri yaratmağı planlaşdırır
13 YANVAR
145

Yaponiya elektron müharibə üçün zərbə təyyarələri yaratmağı planlaşdırır

2019-01-13 19:07:00

Fins.az-ın məlumatına görə, Yaponiyanın hakimiyyət orqanları düşmənin radarlarını və rabitə sistemini sıradan çıxaracaq zərbə təyyarələri yaratmağı planlaşdırır."Yomiuri” qəzetinin Müdafiə Nazirliyindəki mənbələrə istinadla yaydığı məlumatda qeyd edilir ki, həmin avadanlığın hazırda Yaponiya özünümüdafiə qüvvələrinin hava və dəniz bölmələrində istismarda olan nəqliyyat və patrul təyyarələrində quraşdırılması nəzərdə tutulur. “C2 təyyarəsi əsasında yaradılacaq yeni modelin 2027-ci maliyyə ilində istifadəyə verilməsi planlaşdırılır. F1 təyyarəsi əsasında yaradılması nəzərdə tutulan digər model üzərində isə işlər davam etdirilir”, - deyə qəzet yazır. Bildirilir ki, elektron müharibə üçün Yaponiyada müvafiq vasitələr artıq var, lakin onlar müdafiə xarakterlidir. Onlardan biri kimi, düşmənin artıq buraxılmış ballistik raketlərinin idarəetmə sistemini sıradan çıxaran avadanlığı xatırladır. “Yeni təyyarələrin məqsədi isə əsasən, Çin və Rusiya tərəfindən artmaqda olan elektron müharibə imkanlarının məhdudlaşdırılmasıdır”, - deyə qəzet yazır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257