İKT

Ötən il Gömrük Komitəsinə daxil olan elektron müraciətlərin sayı açıqlanıb
13 YANVAR
225

Ötən il Gömrük Komitəsinə daxil olan elektron müraciətlərin sayı açıqlanıb

2019-01-13 15:29:00

Fins.az -ın məlumatına görə, 2018-ci ildə Dövlət Gömrük Komitəsinə 4 milyona yaxın elektron müraciət daxil olub. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, Azərbaycan gömrük xidməti idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla elektron bəyanetmə sistemini 100 faizə çatdırıb və dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. 2018-ci ildə Komitəyə 11 növ elektron xidmət üzrə 3 milyon 777 min elektron müraciət daxil olub və gömrük xidməti göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272