İKT

Dünya dövlətlərinin liderləri hansı mobil telefondan istifadə edir?
13 YANVAR
495

Dünya dövlətlərinin liderləri hansı mobil telefondan istifadə edir?

2019-01-13 10:41:00

 Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi ki, Vladimir Putin mobil telefondan istifadə etmir. Bunu isə təhlükəsizlik məsələsi ilə əlaqələndirirlər. Fins.az ölkə.az-a istinadən məlumat verir ki, müasir mobil telefonlardan istifadə edən dünya dövlətləri başçılarının siyahısını təqdim edir.

ABŞ prezidenti Prezidenti kimi fəaliyyətə başlamadan əvvəl Donald Tramp “Samsung Galaxy S3” mobil telefonundan istifadə edib. Prezident seçildikdən sonra təhlükəsizlik məsələsinə görə telefonundan imtina etdi. Hazırda Trampın hansı model mobil telefondan istifadə etdiyi dəqiq bilinmir. Ehtimal edilir ki, onun üçün “Apple” şirkəti tərəfindən xüsusi smartfon istehsal edilib. Bu mobil teelfonun xüsusi özəllikləri var.

Fransa prezidenti Emmanuel Makrona qədər digər prezidentlərin danışıqlarının dinləndiyi barədə məlumat mətbuata sızdıqdan sonra, bütün mobil telefon danışıqları Fransa xüsusi xidmət orqanlarının nəzarəti altına keçib. Vacib danışıqlar üçün Makron “Thales” şirkətinin istehsalı olan smartfondan istifadə edir. Onun “Teorem” adlı mobil telefonu xüsusi qorunan rejimdə şifrəli işləyir. Məişət və adi danışıqlar üçün isə Fransa prezidentinin “Samsung” və “Apple” markalarına aid, xüsusi mühafizə sistemi olan mobil telefonları var.

Şimali Koreya lideri Kim Çen İnin texnologiyadan xoşu gəldiyi bilinir. Şimali Koreya liderinin masasında naməlum markaya məxsus mobil teelfon var. Bəzi məlumatlara əsasən, Tayvanın “HTC” şirkəti Kim Çen İn üçün xüsusi smartfon istehsal edib.

Almaniyanın baş naziri “BlackBerry” şirkəti dinlənməyə qarşı ən yaxşı istehsalçı sayılır. Angela Merkel də “Blackberry Z10” mobil telefonun sahibidir. Bu smartfonun ən əsas özəlliyi “Secusmart” kriptoçipidir. Almaniyanın kanslerinin arsenalından bundan başqa “Blackberry Q10” və “Nokia 6260” mobil telefonları da var.

Britaniyanın baş naziri Bu yaxınlara qədər Tereza Mey “Blackberry” mobil telefonundan istifadə edib. Şirkətin satışları aşağı düşdükdən sonra baş nazir “iPhone” modelinə keçid etdi. Təbii ki, Terezanın smartfonunun xüsusi mühafizə sistemi var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256