İKT

İT sahəsində daha bir təqdimat: Rekord az çəkili yeni miniatür noutbuk
11 YANVAR
88

İT sahəsində daha bir təqdimat: Rekord az çəkili yeni miniatür noutbuk

2019-01-11 16:21:00

“GPD” şirkəti “CES 2019” istehlak elektronikası sərgisində “Micro PC” adlı miniatür noutbuktəqdim edib. Yeni qurğunun əsas xüsusiyyətləri kimi sensor panel, rekord az çəki və çoxlu interfeys çıxışlarının olması qeyd edilir.

Fins.az“ICTnews”  resursuna istinadən yazır ki, noutbuk şirkətin əvvəlki qurğuları ilə müqayisədə daha miniatür alınıb. Kiçik ölçülərə baxmayaraq istehsalçı qurğunu klaviaturada yerləşən sensor panellə təchiz edib.

Əsasını dördnüvəli “Intel Celeron N4100” prosessorunun təşkil etdiyi yeni qurğunun operativ yaddaş tutumu 4, quraşdırılmış yaddaşı isə 128 giqabayta bərabərdir.

Noutbukun korpusunda iki “USB Type-A”, enerjinin doldurulması üçün bir “USB Type-C” çıxışı, eləcə də “HDMI”, “RS-232” və “Ethernet” portları quraşdırılıb. Əlavə olaraq soyutma sistemi ventilyatoru üçün fiziki dəyişdirici açar nəzərdə tutulub.

“GPD Micro PC” noutbukunun 6 düym diaqonallı ekranının təsvir ölçüsü 1280×720 piksel təşkil edir. Qurğunun ölçüsü 153 x 113 x 23,5 millimetr, çəkisi 395 qramdır.

Qiyməti 300 dollara bərabər olacaq noutbuk üçün ilkin sifarişlərin qəbuluna fevralda başlamaq planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254