İKT

Ötən il personal kompüter bazarının lideri bu şirkət oldu
11 YANVAR
101

Ötən il personal kompüter bazarının lideri bu şirkət oldu

2019-01-11 15:51:00

2018-ci ildə dünya üzrə personal kompüter (PC) təchizatı 259,4 milyon ədədi keçib ki, bu da bir il əvvəlin göstəricisindən 1,3% çoxdur.

Fins.az xəbər verir ki, “Gartner” şirkətinin hesablamalarına görə bazarın lideri “Lenovo” olub. Onun payı il ərzində 20,8%-dən 22,5%-ə qədər artıb. İkinci yerdə 21,7%-ə çatan payla “HP” qərarlaşıb. İlk üçlük “Dell” şirkəti ilə bitib. Onun payı 16,2%-ə qədər artıb.

Digər iri iştirakçıların bazar payı azalıb. Belə ki, 4-cü pillədə olan “Apple”ın payı 7,2%-dən 6,9%-ə, 5-ci yerdə qərarlaşan “Acer Group”un payı 6,5%-dən 6,1%-ə düşüb. “Asus” şirkətinin payı 6,8%-dən 6%-ə, digər istehsalçıların cəmi payı 22,5%-dən 20,6%-ə qədər azalıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254