İKT

Ötən il Rusiyada ən çox bu smartfonlar satılıb
11 YANVAR
103

Ötən il Rusiyada ən çox bu smartfonlar satılıb

2019-01-11 11:35:00

“SvyaznoyEvroset” birləşmiş şirkəti 2018-ci il Rusiya bazarında satılan smartfonlara dair nəticələri açıqlayıb.

Fins.az xəbər verir ki, ötən il 469 milyard rubl dəyərində 30 milyon smartfon satılıb. İl ərzində satışlar dəyər ifadəsində 17%, kəmiyyət olaraq 3% artıb.

Gəlir baxımından ən populyar modellər “iPhone X”, “iPhone 8” və “iPhone 8 Plus” olub. Satılma sayına görə isə ən populyar smartfonlar “Honor 9 Lite”, “iPhone SE 32” və “Samsung Galaxy J1”-dir.

Satılan smartfonların sayına görə “Samsung” lider olub. Onun ardınca “Huawei/Honor” və “Apple” şirkətləri gəlir. Əldə olunan gəlir üzrə götürəndə isə “Apple” ilk pillədədir. Sonrakı yerlədə isə “Samsung” və “Huawei/Honor” qərarlaşıb.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254