İKT

“Samsung” 150 mln. dollara bu şirkəti almaq istəyir
10 YANVAR
152

“Samsung” 150 mln. dollara bu şirkəti almaq istəyir

2019-01-10 15:07:00

“Samsung” şirkəti İsrailin “Corephotonics” firmasının 150 milyon ABŞ dollarına alınmasına dair danışıqlar aparır.

Fins.az xəbər verir ki, bəzi mənbələrə görə Cənubi Koreya nəhəngi artıq çoxmodullu kamera texnologiyaları üzrə ixtisaslaşan bu şirkətə 15 milyon dollar investisiya edib. İsrail şirkəti bütövlükdə 50 milyon dollar investisiya cəlb edə bilib.

“Corephotonics”in baş direktoru “Samsung”un investisiya etməsini təsdiqləsə də, alınma barədə hazırki mərhələdə konkret nəyinsə olmadığını deyib.

Qeyd edək ki, “Corephotonics” 2017-ci ilin noyabrında və 2018-ci ilin mayında “Apple”ı məhkəməyə verərək, “iPhone” istehsalçısını patentlərin pozulmasında ittiham edib. Bu iddialar üzrə qərar hələ verilməyib.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264