İKT

“Instagram” bir postun bir neçə hesabdan paylaşılmasını test edir
10 YANVAR
195

“Instagram” bir postun bir neçə hesabdan paylaşılmasını test edir

2019-01-10 14:59:00

“Instagram” sosial şəbəkəsi IOS əməliyyat sistemi üçün bir postun eyni anda bir neçə hesabdan paylaşılmasını test edir.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni funksiya sosial şəbəkədə reklam yerləşdirən və bir neçə hesabdan istifadə edənlər üçün əhəmiyyətli olacaq.

Hazırda yeniliyin Android əməliyyat sistemində işə düşəcəyi vaxt haqda məlumat yoxdur. Buna baxmayaraq bu əməliyyat sistemi üçün şəkil import etmənin yeni üsulu test edilir. Tezliklə onları “Instagrama” birbaşa “Google Photos”dan yükləmək olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263