İKT

Məhşur şirkətdən dron və robort itlərlə bağlı gözlənilməz xidmət
10 YANVAR
172

Məhşur şirkətdən dron və robort itlərlə bağlı gözlənilməz xidmət

2019-01-10 09:39:00

Fins.az-ın məlumatına görə, onlayn mağazalar vasitəsilə sifariş edilən ən müxtəlif məhsulların sayı hər il daha da artır. Gün gələcək indiki infrastruktur və insanlar bu tapşırığın öhdəsindən gələ bilməyəcək. Artıq indidən bir çox texnologiya şirkəti, o cümlədən böyük onlayn riteylerlər (məsələn, “Amazon”) yaxınlaşan böhranı dərk etməyə başladığı üçün müştərilərin sifarişlərini çatdırmaqla bağlı yeni, qabaqcıl, yüksək texnoloji ideyalar üzərində işləməyə başlayıblar. Məsələn, problemi həll etmək üçün avtonom dronların istifadəsi nəzərdən keçirilir. Lakin “CES-2019” sərgisində iştirak edən “Continental” şirkətin problemi həll etmək üçün öz həll yolu var.

Robot kuryerlərdən istifadə ilə bağlı daha əvvəl irəli sürülən konsepsiyaların əsas çatışmazlığı ondan ibarətdir ki, sifarişi alıcıya çatdırmaq üçün maşının qət etməli olduğu məsafə nəzərə alınmır. Eyni zamanda sifarişi müştərinin qapısına kimi çatdırmaq üçün bu robotlar kifayət qədər kompakt olmalı, manevr etmək qabiliyyətinə malik olmalıdır. “Continental” problemin həllini iki məsələdə görür: kiçik furqon ölçüsündə pilotsuz nəqliyyat vasitəsi və kompakt robot kuryerlərdən ibarət qrup. Sonuncular sifarişlə birgə pilotsuz avtomobilin içində lazım olan ünvanın yaxınlığında “yerə endiriləcək” və məhsul qapıyadək çatdırılacaq.

Hazırda “Continental” aktiv şəkildə “CUbE”  (Continental Urban Mobility Experience) pilotsuz nəqliyyat vasitəsinin üzərində işləyir. Şirkət iddia edir ki, dron robot istehsalçılarının bu və ya digər tələblərinə asanlıqla adaptasiya oluna biləcək. Məsələn, “Continental” konsepsiyasında kompakt robot itlərin istifadəsini təklif edir, görünür, şirkət bu şəkildə itin insanın ən yaxın dostu olduğuna eyham vurmaq istəyir. Bəs itləri sevməyənlər bu fikirlə razılaşacaqmı? Əlbəttə, sual olaraq qalır.

Ümumilikdə təklif edilən konsepsiya daha əvvəl səsləndirilən pilotsuz taksi ideyasını xatırladır. Sadəcə burada avtonom nəqliyyat vasitəsi insanların yerinə robot kuryerləri daşıyacaq. “Continental” şirkətinin nümayəndəsi Ralf Loksmanın (Ralph Lauxmann) sözlərinə görə, dron və kuryer robotlardan istifadə ideyası futuristik təsir bağışlasa da, kifayət qədər təbii görünür.

“İdeyanın hər iki  komponenti elektrikləşdirilib, avtonomdur, prinsip etibarilə eyni texnologiyanın üzərində qurula bilər. Bu sinerji şəhərdaxili sifariş xidməti üçün kompleks sistemin yaradılmasında son dərəcə yaxşı potensial təklif edə bilər. Eyni zamanda başqa tapşırıqların həllində də analoji üsullardan istifadə etmək mümkün olacaq”, - deyə Loksmann bildirib.

İstəsək də istəməsək də, pilotsuz nəqliyyat zamanla şəhər infrastrukturunun ayrılmaz bir parçasına çevriləcək və onun istismarı, sözsüz, sırf robot və məhsul daşımaları ilə məhdudlaşmayacaq. Bu sahənin inkişaf istiqamətlərindən biri onun çoxfunksionallığıdır. Məsələn, pik saatlarda pilotsuz vasitələr ictimai nəqliyyat, ya da taksi kimi, normal vaxtda isə avtonom nəqliyyat vasitələri tez bir zamanda konfiqurasiyasını, profilini dəyişib, sifarişin çatdırılmasında istifadə edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263