İKT

"Google" axtarış sistemində nasazlıq yaranıb
10 YANVAR
77

"Google" axtarış sistemində nasazlıq yaranıb

2019-01-10 09:28:00

 Dünyanın bir neçə ölkəsində "Google"axtarış sisteminin işində nasazlıq müşahidə edilib.

Fins.az xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən "Downdetector" xidməti bildirib.

"Google"nin fəaliyyətində problemlər ABŞ-ın şərq sahilində, yerli vaxtla saat 18:37-dən müşahidə olunub", – deyə xəbərdə bildirilir.

Nasazlıqlardan ən çox ABŞ istifadəçiləri şikayət ediblər. Problemlərlə həmçinin Braziliya, Peru, Böyük Britaniya, İspaniya, Rusiya, Türkiyə, Hindistan, Yaponiya və Avstraliyanın internet istifadəçiləri qarşılaşıblar.

Daha əvvəl "Google" şirkəti proqramın işində yaranmış problem nəticəsində "Google+" sosial şəbəkəsinin təqribən 500 min istifadəçisinin şəxsi məlumatının aşkara çıxdığını təsdiq edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256