İKT

ZTE ilk 5G smartfonların satışına bu ilin ikinci yarısında başlayacaq
09 YANVAR
145

ZTE ilk 5G smartfonların satışına bu ilin ikinci yarısında başlayacaq

2019-01-09 14:13:00

Uçurumun kənarında olan Şin şirkəti ZTE nəhayət ki, smartfon bazarına geri döndü.

Fins.az xəbər verir ki, şirkət bu ili iki, “Axon” və “Blade” 5G smartfonunu alıcılara təqdim edəcək. Telefonun satışlarına ilin ikinci yarısından başlanılacağı elan edilib.

ZTE artıq 5G-nin inkişafı ilə bağlı Çinin müvafiq dövlət qurumlarından razılıq alıb və 5G ilə bağlı testləri başa vurub, həmçinin şirkət zənglər, internet axtarış və “WeChat”la bağlı yenilikləri tamamlayıb.

Bundan başqa, güclü prossesor, inkişaf etdirilmiş kamera və digər üstün texniki xüsusiyyətlərin olacağı gözlənilir.

© Finance.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264