İKT

Bu il 5G-ni dəstəkləyən 30-dan çox cihaz buraxılacaq
08 YANVAR
209

Bu il 5G-ni dəstəkləyən 30-dan çox cihaz buraxılacaq

2019-01-08 18:51:00

CES 2019 istehlak elektronikası sərgisində “Qualcomm” şirkəti ilk dəfə olaraq beşinci nəsil şəbəkini dəstəkləyəcək cihazlar haqqında danışıb.

Fins.az xəbər verir ki, şirkətin nümayəndələri bu il 5G-ni dəstəkləyəcək cihazlar üçün çip istehsalına dair demək olar ki, bütün mümkün müqavilələrin şirkət tərəfindən alındığını bəyan ediblər.

Qeyd olunur ki, il ərzində bu şəbəkəni dəstəkləyəcək 30-dan çox cihaz buraxılacaq ki, bunların da əksəriyyəti smartfonlar olacaq.

Xatırladaq ki, ötən ilin dekabr ayında ABŞ-ın operatorları “Verizon” və “AT&T” rəsmi olaraq “Qualcomm” istehsalı olan 5G modemlə təchiz olunan “Samsung” smartfonlarını satacaqlarını bəyan ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027