İKT

"Samsung"un 135 dollara satılacaq modeli bu ay təqdim olunacaq
08 YANVAR
125

"Samsung"un 135 dollara satılacaq modeli bu ay təqdim olunacaq

2019-01-08 12:51:00

Bu ilin yanvar ayında “Samsung” 3 yeni smartfonunu bazara çıxaracaq.

Fins.az xəbər verir ki, daha ucuz qiymətə olacaq “Samsung Galaxy M”in M10, M20 və M30 modelləri istehsal olunacaq. İlkin olaraq, “Samsung Galaxy M10” və “Samsung Galaxy M20”, daha sonra isə “Samsung Galaxy M30” modeli ictimaiyyətə təqdim olunacaq.

M10 və M20-nin təqdimatı xüsusi olaraq Hindistanda keçiriləcək və təxmin olunur ki, bu Hindistanda smartfon bazarının lideri “Xiaomi” ilə rəqabət aparmaq üçündür. “Samsung Galaxy M10”un qiymətinin isə 135 dollar olacağı gözlənilir.

Onu da qeyd edək ki, “Samsung Galaxy M10” yalnız Hindistan üçün deyil, dünyanın digər ölkələrində də bazara çıxarılacaq.

“Samsung Galaxy M20”yə gəlincə, daha böyük alıcı kütləsinə sahib olmsı üçün qiyməti daha əvvəl bildirildiyi kimi 250-300 dollar arası deyil, 215 dollar olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256