İKT

“Xiaomi Mi Mix 3” Avropada satışa çıxarılıb - QİYMƏT
08 YANVAR
196

“Xiaomi Mi Mix 3” Avropada satışa çıxarılıb - QİYMƏT

2019-01-08 12:26:00

Bu gündən etibarən “Xiaomi Mi Mix 3” İspaniyada satışa çıxarılacaq.

Fins.az xəbər verir ki, sabahdan isə məhsulun satışı İtaliyada həyata keçiriləcək.

Həm onlayn, həm də mağazalarda satışı həyata keçiriləcək bu modellərin qiyməti 549 avrodur. Sabah İtaliyada satışa çıxarılacaq modeli onlayn sifariş verənlər isə yalnız 499 avro ödəyəcək.

Avropa üçün yalnız 6 GB əməliyyat yaddaşı və 128 GB daxili yaddaşı olan modellər bazara çıxarılıb.

Smartfonun ekranının ölçüsü 6,39 FHD + Amoled və cızılmağa davamlıdır. Ön kamerası 2 MP, arxa kamerası isə 24 MP olan telefonun əməliyyat sistemi isə “Android 9 Pie”dir.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264