İKT

Azərbaycan və MDB ölkələri mobil rabitənin yeni tezliyə keçirilməsi üçün danışıqlar aparır
08 YANVAR
131

Azərbaycan və MDB ölkələri mobil rabitənin yeni tezliyə keçirilməsi üçün danışıqlar aparır

2019-01-08 09:42:00

Azərbaycan və digər MDB ölkələri 694-790 meqaherts tezliklərin mobil rabitənin ehtiyacları üçün boşaldılması üzrə danışıqlara başlayıb.

Bunu Beynəlxalq Elektrik Rabitəsi İttifaqının (ITU) Radiorabitə Bürosunun direktoru Fransua Ransi deyib.

O bildirib ki, Azərbaycan həmin spektrdə tezliklərdən istifadə etməsi üçün qonşularla razılıq əldə etməlidir:

“Bu istiqamətdə danışıqlar başlayıb. Biz bir neçə görüş keçirmişik. MDB ölkələri bir müddət əvvəl 694-790 meqaherts tezliklərin mobil rabitə üçün istifadəsi ilə bağlı danışıqları başlamaq razılığına gəlib”.

ITU-nun teleyayımın tətbiqi ilə bağlı münaqişəli məsələləri həll etmək üçün hüquqi mexanizmlərinin olub-olmaması barədə sual cavab verən F.Ransi bildirib ki, ITU yalnız maraqlı tərəflər arasında görüşləri əlaqələndirə bilər:

“ITU qərar təklif edə bilər, fəaliyyətə məcbur edə bilməz”.

Qeyd edək ki, Azərbaycanda hazırda mobil rabitə üçün daha yüksək tezlik spektri istifadə olunur. 2G/GSM rabitəsi 900 və 1800 meqaherts, 3G 2100 meqaherts, 4G/LTE 1800 meqaherts tezlikdə istifadə olunur.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266