İKT

"Azərkosmos" bu xidmətə görə 24 milyon dollar qazanıb
06 YANVAR
315

"Azərkosmos" bu xidmətə görə 24 milyon dollar qazanıb

2019-01-06 02:38:00
Fins.az-ın məlumatına görə, "Azərkosmos" ASC-nin peyk xidmətlərinin ixracının həcmi 2018-ci ilin noyabrında 1,6 milyon dollar təşkil edib.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxracat icmalı"nda deyilir.Mərkəzin məlumatına əsasən, ASC-nin xidmətlərinin ixracından əldə etdiyi gəlir operatorun gəlirlərinin ümumi həcminin 88 faizini təşkil edib. 2018-ci ilin yanvar-noyabr aylarında peyk və telekommunikasiya xidmətlərinin ixracından Açıq Səhmdar Cəmiyyətinin gəlirlərinin ümumi həcmi 24 milyon dollar təşkil edib. ASC-nin xidmətləri 24 ölkəyə göstərilib.Operatorun xidmətlərinin ixracının əsas payı Fransa-10,9 milyon dollar), Malayziya- 8,4 milyon dollar, BƏƏ 1,4 milyon dollar, Almaniya-825 min dollar və Gürcüstan-531 min dollar kimi ölkələrə düşüb
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263