İKT

Bu məşhur kompüter oyunları şirkətini sahibi rekord qiymətə satdı
06 YANVAR
255

Bu məşhur kompüter oyunları şirkətini sahibi rekord qiymətə satdı

2019-01-06 02:07:00
Fins.az-ın məlumatına görə, Koreyanın kompüter oyunları üzrə aparıcı şirkəti "Nexon"un yaradıcısı və sahibi olan Kim Çjon Çju şirkətin ona və həyat yoldaşına məxsus bütün səhmlərini satmağı qərara alıb.Sövdələşmənin təxmini dəyəri 9 milyard dollar civarında qiymətləndirilir.Bu, Cənubi Koreyanın tarixində ən böyük şirkət satışı olmalıdır. Kim Çjon Çjunun şirkəti satmaq qərarına gəlməsinə Koreya qanunvericiliyinin sərtləşdirilməsi, oyunlara qarşı yeni məhdudiyyətlərin tətbiqi, eləcə də rəqabət, son iki ildə sahibkarı təqib edən müxtəlif araşdırmalar və ittihamlar səbəb olub.Məhdudiyyətlər Kimi şirkətin mənzil-qərargahını Yaponiyaya köçürməyə məcbur edib.Qeyd edək ki, şirkət Cənubi Koreyanın video oyunlarının flaqmanı və rəmzi sayılır. "Nexon Group" dünyanın 190 ölkəsində oynanılan toplamda 80 oyuna xidmət göstərir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264