İKT

iPhone XS Max bir nəfərin cibində alışıb yanıb
04 YANVAR
163

iPhone XS Max bir nəfərin cibində alışıb yanıb

2019-01-04 14:40:00

 Fins.az-ın məlumatına görə,  ABŞ-ın Ohayo ştatının sakini özünün iPhone XS Max smartfon modelinin alışıb yanmasından xəbər verib.Josh Hillard adlı şəxsin verdiyi məlumata əsasən smartfon bu hadisənin baş verməsindən 3 həftə öncə alınıb. Josh Hillard bildirib ki, hadisənin baş verməsindən öncə o ilk öncə smartfonun yerləşdiyi arxa cibindən qəribə qoxu hiss edib. Daha sonra Josh smartfondan gələn qeyri-adi istiliyi hiss edib. Bir qədər sonra isə smartfondan tüstü çıxmağa başlayıb və nəticədə o yanıb.Hadisədən sonra Josh yanmış smartfon barəsində məlumat vermək və onu yenisinə dəyişdirmək üçün dərhal Apple mağazasına yollanıb. Lakin mağaza əməkdaşları baş vermiş hadisəyə bir qədər laqeyd yanaşıblar. İlk öncə onlar 20 dəqiqə ərzində smartfonla nə baş verdiyini öyrənməyə çalışıblar. Daha sonra əlavə 40 dəqiqə ərzində yanmış cihazın yoxlamasını aparıblar. Nəticə etibarilə Josh Hillard-a yanmış iPhone XS Max modelinin dəyişdirilməsində imtina edilib.Mağaza əməkdaşlarının sözlərinə əsasən yanmış cihaz şirkətin mühəndis xidməti şöbəsinə göndərilməli və yanmanın dəqiq səbəbi təyin olunmalıdır. Lakin Josh bu təklifdən imtina edib və yanmış cihazı özü ilə götürərək mağazadan ayrılıb. Öz qərarını Josh Apple şirkətinin öz müştərilərinə laqeyd yanaşması ilə əlaqələndirib.

Müəllif:Aynur Qəniyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264