İKT

“Apple” daşınan smart cihazlar bazarında liderdir
04 YANVAR
118

“Apple” daşınan smart cihazlar bazarında liderdir

2019-01-04 11:36:00

Ötən il “Apple” daşınan (wearables red.) “smart” cihazlar arasında 2 və 3-cü rübdə 43,35% bazar payına sahib olub.

Fins.az xəbər verir ki, bu barədə “ABI Research” bazar araşdırmaları şirkəti məlumat yayıb.

Şirkətin məluamtına görə, bu bazarda “Fitbit”, “Huawei” və “Samsung” şirkətlərinin hər birinə 8% pay düşür. Ən maraqlısı isə burasındadır ki, “Xiaomi” şirkətinin bazarda payı ilə bağlı heç bir məlumat yoxdur.

Artan istehsala paralel olaraq bu bazar da sürətlə genişlənir və “Apple”ın bazar payının düşməsinə baxmayaraq, o liderdir.

“ABI Research”ə görə, “smart” daşınan cihazlar bazarı 2018-ci ildə 40 mln. ədəddən, 2023-cü ildə 100 mln. ədədə qədər yüksələcək.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256