İKT

“Qualcomm” "iPhone" satışının qadağası üçün 1,34 milyarlıq ödəniş etdi
04 YANVAR
193

“Qualcomm” "iPhone" satışının qadağası üçün 1,34 milyarlıq ödəniş etdi

2019-01-04 11:35:00

Smartfonlar üçün prosessor və komplektləşdirici təchizatçısı olan “Qualcomm” şirkəti 2017-ci il istehsalı olan “iPhone 7”, “iPhone 8” və “iPhone Х” modellərinin Almaniyada satışına qadağa qoyulması haqda məhkəmə qərarının qüvvəyə minməsi üçün 1,34 milyard avro həcmində təminat ödənişini edib.

Fins.az xəbər verir ki, bu barədə “Qualcomm”un yaydığı məlumatda deyilir. Belə ki, şirkət təminat şəklində 1,34 milyard avro dəyərində qiymətli kağızlar qoyub.

Xatırladaq ki, 20 dekabrda Almaniya məhkəməsi “Apple” korporasiyası tərəfindən “Qualcomm” şirkətinin patentinin pozulmasına görə Almaniya ərazisində “iPhone”un bəzi modellərinin satışına qadağa qoyub. Münhen əyalət məhkəməsi qadağa haqda qərarın qəbul olunması üçün “Qualcomm”un 2 iddianın hər biri üçün 668,4 milyon avro təminat ödəniş etməli olduğu haqda qərar qəbul edib.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266