İKT

Google “sandviç” üsulundan istifadə edərək vergitutmadan yayınıb
04 YANVAR
98

Google “sandviç” üsulundan istifadə edərək vergitutmadan yayınıb

2019-01-04 10:41:00
2017-ci ildə Google, vergi sahəsində “sendviç” strategiyasından istifadə edərək  19,9 milyard avro qənaət edib
Google 2017-ci ildə Hollandiya və İrlandiyadakı filiallarından istifadə edərək 19,9 milyard avro məbləğində vergitutmadan yayına bilib.
Fins.az xəbər verir ki, bu haqda Niderland Ticarət Palatasının sənədlərinə istinadən Reuters xəbər verir.
Google bu məbləği Hollandiyadakı Google Niderland Holdinq BV şirkəti vasitəsi ilə Bermud adalarına köçürdükdən sonra, bu vəsait İrlandiyada qeydə alınmış başqa bir filialın – Google Ireland Holdings hesabına daxil olmuşdur. Eyni zamanda, 2017-ci ildə Google şirkətinin Hollandiyadakı filialı xəzinəyə 3,4 milyon avro vergi gətirə bilib.
 “Google, digər transmilli şirkətlər kimi korporativ gəlir vergisinin böyük hissəsini öz vətənində ödəyir, biz də son on ildə 26% -ə qədər qlobal effektiv vergi dərəcəsini ödəmişik”, – şirkət Reuters-in tələbinə cavab olaraq bildirib. “Biz bütün vergiləri ödəyirik və dünyada fəaliyyət göstərdiyimiz hər ölkədə vergi qanunvericiliyinə  riayət edirik”,- Google əlavə edib.
Reuters qeyd edir ki, 2016-ci ildə Google şirkəti vergi sxemindən istifadə edərək, vergitutmadan təxminən 16 milyard dollar qənaət edə bilmişdir. Lakin, bunlara baxmayaraq, 2014-cü ildə AB və ABŞ-ın təzyiqi altında İrlandiya 2020-ci ildən başlayaraq Google şirkətinin vergi imtiyazlarının dayandırılmasına qərar verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254