İKT

Ən təhlükəli smartfonlar hansıdır?
03 YANVAR
181

Ən təhlükəli smartfonlar hansıdır?

2019-01-03 17:40:00

Fins.az-ın məlumatına görə,ABŞ-ın Rabitə Federal Agentliyinin analitikləri dünyada ən təhlükəli smartfonların reytinqini tərtib ediblər. Bu zaman cihazların insana zərərli təsirinin miqdarını göstərən SAR  şüalanma dərəcəsinə xüsusi önəm verilib.“Google Pixel 3 XL” ən təhlükəli smartfon elan edilib. Məlum olub ki, bu modeldə şüalanma göstəricisi 1,52 Vatt/kq, bədən və baş nahiyəsi üçün isə 1,35 Vatt/kq təşkil edir.“Google” şirkətinin istehsalı olan “Pixel 3” smartfonu isə ikinci yerdə qərarlaşıb. Bu modelin göstəricisi 1,34 Vatt/kq-dır. Təhlükəli cihazların ilk beşliyində, həmçinin “One Plus”, “LG V40”, “iPhone XS Max” və “XS” smartfonları yerləşiblər.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256