İKT

“Nokia 9 PureView”nun qiyməti və təqdimat tarixi bəlli oldu
03 YANVAR
283

“Nokia 9 PureView”nun qiyməti və təqdimat tarixi bəlli oldu

2019-01-03 12:35:00

Rəsmi render və rəsmi reklam rolikinin ardından şəbəkədə dünyada ilk pentakameralı (5 moduldan ibarət kamera) “Nokia 9 PureView” modelinin qiyməti və təqdimat tarixləri haqda detallar ortaya çıxıb.

Fins.az xəbər verir ki, “Twitter”də bölüşülən məlumatdan görünür ki, flaqmanın qiyməti regiondan aslı olaraq 750-800 avro olacaq. Modelin anonsu isə 14-27 yanvar tarixləri arasında gözlənilir. Satışlar isə ilk olaraq Avropada start götürəcək.

Qeyd edək ki, “Nokia 9 PureView” Snapdragon 845 prosessoru, 5,99 diaqonal ekran ilə təchiz ediləcək. Smartfon 6 GB operativ və 128 GB flaş yaddaşa malik olub naqilsiz şarjı dəstəkləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264