İKT

“LG” “smart” saatın patentini alıb
03 YANVAR
112

“LG” “smart” saatın patentini alıb

2019-01-03 11:26:00

 Fins.az-ın məlumatına görə,“LG” şirkəti kameralı “smart” saatın patentini alıb.Məlumata görə, baxmayaraq “Samsung Gear”ın istehsalından bu yana “smart” saatların kameraya ehtiyacı olmadığı əksəriyyət tərəfindən qəbul edildi, lakin “LG” şrikəti tərəfindən bu məhsulların kütləvi şəkildə istehsalı bu fikri dəyişə bilər.

“LG” şirkətinin patent üçün müraciət etdiyi USTPO-da kameranın bu saatın hansı hissəsinə inteqrasiya edilməsi ilə bağlı bir neçə konstruksiyalar mövcuddur. Bütün bunlar şirkətin “smart” saatlarda kamera ilə təchizi üçün texniki bir həll yolu tapmaq istədiyini və bunun üçün də bir çox variantlar təklif etdiyi mənasına gəlir.

Bundan başqa, şirkət mütəxəssisləri düşünür ki, “smart” saatlarda kamera elə bir yerdə yerləşdirilməlidir ki, sahibi hər hansı bir obyektin şəklini çəkmək istədikdə qolunu onu narahat edəcək bir vəziyyətə gətirmədən kameranın baxış bucağı saatın qoldakı vəizyyətinə görə tənzimlənmiş olsun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256