İKT

2018-ci ilin ən yaxşı beş smartfonu müəyyən edildi
03 YANVAR
218

2018-ci ilin ən yaxşı beş smartfonu müəyyən edildi

2019-01-03 11:15:00

Texnologiyalara həsr olunan “Fortune” dərgisi 2018-ci ilin ən yaxşı beş smartfonunun adını açıqlayıb. Əsas meyarlar kimi telefonun məhsuldarlığı, işləmə müddəti və kamerasının keyfiyyəti götürülüb.

Fins.az  bildirir ki, dərginin reytinqinə əsasən, birinci yeri “iPhone XS Max” smartfonu tutub.

Onun yeganə çatışmazlığı qiymətinin baha olması olub. Lakin jurnalistlər onun olduqca böyük və keyfiyyətli displeyini, məhsuldarlığını, yüksək keyfiyyətli kamerasını və tamamlanmış reallıq keyfiyyətini yüksək qiymətləndiriblər. 

İkinci pilləni proqram imkanlarına görə “Google Pixel 3” tutub. Bu smartfon səs köməkçisi, Night Sight gecə çəkiliş rejimi və spam zənglərin blok edilməsi kimi imkanlara malikdir. İlk üçlüyü “Huawei Mate 20 Pro” qapayıb və çəkiliş keyfiyyəti, süni intellekt, idarə olunan iş qabiliyyəti və enerji tükətiminə görə bu pilləyə layiq görülüb.

Bundan başqa, ilk beşliyə ekranın üzərində olan barmaq izi skaneri, Night Scape gecə çəkiliş rejimi və qiymətlə keyfiyyətin ideal nisbətinə görə “OnePlus 6t” smartfonu və böyük keyfiyyətli displey, yenilənmiş S Pen qələmi və Galaxy Dex dok-stansiyasının qoşulma imkanına görə “Samsung Galaxy Note9” smartfonu daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272