İKT

"WhatsApp" bəzi smartfonlarda fəaliyyətini dayandıracaq
03 YANVAR
197

"WhatsApp" bəzi smartfonlarda fəaliyyətini dayandıracaq

2019-01-03 10:35:00

"WhatsApp" bu ilin əvvəlindən bəzi məşhur əməliyyat şəbəkələrinin dəstəyindən imtina edəcək. Fins.az-ın məlumatına görə, bu barədə şirkətin saytında bildirib.

Qeyd olunur ki, dəyişikliklər "Nokia Series 40"əməliyyat sistemli telefonlara aid olacaq. 2012-ci ildə "Nokia S40"ın müxtəlif seriyaları ilə dünyada bu mobil qurğuların miqdarı 1,5 milyarddan çox olub.

 

Bundan əlavə, 2020-ci ilin 1 fevralından bu dəyişiklik "Android 2.3.7" versiyalı smartfonlara da aid olacaq. "WhatsApp" həmin versiyalı telefonlarda da fəaliyyət göstərməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266