İKT

Bakcell və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqları sevindirdi
28 DEKABR 2018
202

Bakcell və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqları sevindirdi

2018-12-28 09:27:00

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti qarşıdan gələn Yeni İl bayramı ilə əlaqədar olaraq “ASAN Məktub” layihəsinin növbəti təşəbbüsündə iştirak edib.

“ASAN Məktub” layihəsi bu dəfə Bakcell şirkətinin və “Personaj Agency”nin tərəfdaşlığı ilə leykemiyadan əziyyət çəkən 20 uşağı sevindirib. B.Eyvazov adına Azərbaycan Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq üçün buraya səfər təşkil edilib, balacalara hədiyyələr təqdim olunub.

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək vəcəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. Uşaqların saf arzularını reallığa çevirən “ASAN Məktub” layihəsi www.asanmektub.az  internet səhifəsi vasitəsilə 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların yazdığı məktublar sayta yerləşdirilir və onların istəkləri müxtəlif şirkətlər və xeyirxah vətəndaşlar tərəfindən  gerçəyə çevrilir. Bakcell şirkəti layihəyə həmçinin mobil rabitə dəstəyi göstərir.

 “Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların, inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edərək minlərlə uşağa dəstək göstərib. “ASAN Məktub” layihəsi ilə tərəfdaşlıq Bakcell şirkətinə uşaqları sevindirmək və onların saf arzularını həyata keçirmək üçün daha böyük imkan yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263