İKT

Apple-ın ən böyük podratçısı Hindistanda iphone zavodu açır
27 DEKABR 2018
260

Apple-ın ən böyük podratçısı Hindistanda iphone zavodu açır

2018-12-27 15:59:00

Fins.az-ın"Reuters"ə istinadən verdiyi məlumatına görə, Apple şirkətinin ən böyük podratçısı olan Foxconn Technology Group, 2019-cu ildə Hindistanın qabaqcıl iPhone modellərini yığmağa başlayacaq.Agentliyin məlumatına görə, Foxconn, Apple telefonlarını yığmaq üçün 356 milyon dollarlıq sərmayə qoyur. Bu məqsədlə, zavodun ərazisi şirkətin daha əvvəl  artıq  Çinin Xiaomi şirkəti üçün telefon istehsal etdiyi Tamilnad ştatındakı Şiperambudur  şəhərinə kimi  genişləndiriləcək.Bu zavodun fəaliyyətə başlanması, genişlənmə təxminən 25 min yeni iş yerinin açılması deməkdir.Zavod işə başladıqdan sonra  Apple telefonlarının ən bahalı və real modelləri Şiperambudur şəhərindəki zavodunda istehsal ediləcək.Foxconn dünyanın aparıcı qlobal markaları üçün sifarişlər həyata keçirən elektronikanın ən böyükpodratçı şirkətlərindən biridir. Baş qərargah Tayvanda yerləşir. 2010-cu ildən etibarən şirkət dünyada istehsal edilən bütün Apple smartfonlarının yarısından çoxunu yığır və ixrac edir

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267