İKT

Necə olur ki, kompyuteriniz sizi şantaj edir?
27 DEKABR 2018
265

Necə olur ki, kompyuteriniz sizi şantaj edir?

2018-12-27 15:11:00

Fins.az-ın məlumatına görə,bütün dünyada kompyuter istifadəçiləri pul tələb edən fırıldaqçılardan elektron məktub almağa başlayıblar. Məktubun məzmunu göndərilən şəxsdən asılı olaraq dəyişib. Bununla belə, “Business Inseder” əməkdaşları fırıldaqçıların göndərdiyi məktublarda oxşar cəhətləri müəyyənləşdirə bilib və onlardan müdafiə yollarını açıqlayıb.Məktublar, bir qayda olaraq, aşağıdakı informasiyanı daşıyıb:Bir vaxtlar istifadə etdiyiniz parol. Həmin parolun kompyuterin “sındırılması”, ona zərərli proqramın yüklənməsi və veb-kamera müşahidəsində istifadə olunması haqqında informasiya. “Bitcoin”-ə təxminən 1200-1600 dollar pul vəsaiti yatırılmadığı təqdirdə veb-kamera qeydləri və istifadəçinin girdiyi “18+” saytların tarixçəsinin qohumlara, dostlara və digər şəxslərə təqdim etməklə bağlı təhdid.Belə bir məktub həqiqətən qorxuya sala bilər. Belə ki, böyük ehtimalla parollarınızdan biri hər hansı populyar servisin təhlükəsizliyi ilə problem yaşandıqda ələ keçirilib. Lakin həqiqət ondan ibarətdir ki, fırıldaqçıların, çox güman, sizin veb-kameranıza və kontaktlarınıza girişi yoxdur. Çox güman, onlar sizin parollarınızdan birini və elektron poçt ünvanınızı ələ keçiriblər. Əlbəttə, əgər eyni paroldan müxtəlif servislər üçün istifadə etmirsinizsə. Bunu isə heç kim məsləhət görmür.“Bleeping Computer” məlumat verib ki, bəzi fırıldaqçılar bu yolla 50 min dollardan çox vəsait qazanıblar. Bu məlumatlar “bitcoin”-ciblərin təhlili əsasında əldə edilib. Lakin təhlükəsizlik sahəsinin mütəxəssisləri narahatçılığa ehtiyac olmadığını hesab edir. Fırıldaqçılar sırf sizi hədəf almayıb, məktublar isə avtomatik şəkildə göndərilir. Təhlükəsizlik sahəsinin aparıcı jurnalisti Brayan Krebs (Brian Krebs) bu sözləri bildirib: “Məncə, fırıldaqçı skript yazıb. Həmin alqoritmdə bir neçə il əvvəl populyar veb-saytda yoxa çıxan istifadəçi adı və paroldan istifadə edib və məktub alan hər qurban sındırılan veb-sayta girmək üçün həmin elektron poçt ünvanından istifadə edib”.Həqiqətən, fırıldaqçıların çox köhnə parollardan istifadə etdiyi görünür. Ola bilsin, qurbanlar artıq bir neçə ildir onlardan istifadə etmir. Fırıldaqçılardan qorxmamaq üçün müxtəlif uzunluqlu, müdafiə olunan parollardan istifadə etmək lazımdır. Onlarla işi asanlaşdırmaq üçün xüsusi parol menecerləri mövcuddur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264