İKT

Yeni iPhone modellərinin istehsalı azalacaq
27 DEKABR 2018
113

Yeni iPhone modellərinin istehsalı azalacaq

2018-12-27 10:37:00

Rosenblatt Securities şirkətinin analitki Jun Zhang investorlara təqdim etdiyi hesabatında proqnoz edib ki, Apple şirkəti gələn ilin Mart ayında yeni iPhone modellərinin istehsalat miqyasnı bir daha aşağı salacaq. Jun Zhang-ın proqnozuna əsasən Apple şirkəti yeni iPhone modellərinin istehsalını 4 milyon smartfon azaldacaq. Bununla belə bu proqnoz hər 3 yeni iPhone modelinə aiddir. Bu barədə 9to5mac saytı xəbər verib. Şirkətin iPhone XR modelinin məşhurlaşması bəyanatına baxmayaraq istehsalatın kiçildilməsi ən çox məhz həmin modelə aid ediləcək. Belə ki, iPhone XR-in istehsalatı 2.5 milyon smartfon azaldılacaq.

Fins.az technote.az-a istinadən bildirir ki, iPhone XS modelinin istehsalatı 1.5 milyon smartfon, iPhone XS Max modelinin istehsalatı isə 500.000 ədəd smartfon azaldılacaq. Görünür, şirkət həqiqətən də artıq yeni iPhone modellərinin qiymətlərini aşağı salmalıdır. Belə ki, bu ilin sentyabr ayında təqdim olunmuş hər 3 iPhone modeli arasında büdcəli versiya kimi qələmə verilmiş iPhone XR modelinin qiyməti 750$-dan başlayır. Bununla yanaşı Apple şirkəti hal hazırda Çin bazarında problemlər yaşayır.

Bir sıra məlumatlara əsasən Huawei şirkətinin maliyyə direktorunun ABŞ-ın təlimatı ilə Kanadada həbs edilməsi hadisəsindən sonra Çinin yerli şirkətləri Huawei-yə öz dəstəklərini verməyə başladılar. Bundan yanaşı həmin şirkətlər iPhone modelləri yerinə Huawei şirkətinin smartfonlarını alan işçilərini də müəyyən dərəcədə mükafatlandırırlar. Lakin bilmək lazımdır ki, Huawei şirkətinin maliyyə direktoru barəsində baş vermiş hadisədən əvvəl də Apple şirkəti problemlərlə qarşıla

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256