İKT

Huawei şirkəti bu il 200 milyon smartfon satıb
26 DEKABR 2018
181

Huawei şirkəti bu il 200 milyon smartfon satıb

2018-12-26 11:59:00

Huawei şirkəti bu il üçün 200 milyon ədəd smartfon satmaq planını reallaşdırıb. Bu barədə CNET saytı xəbər verib. 2010-cu ildə Huawei şirkətinin satış göstəricisi 3 milyon ədəd smartfon idi. Lakin bu 8 ildə şirkət böyük bir yol qətt edərək kiçik istehsalçıdan smartfon bazarının böyük oyunçusuna çevrilib. Dünyanın ən çox smartfon satışını reallaşdıran ilk üç şirkət arasında öz mövqeyini bərkidərək şirkət artıq 2020-ci ildə Samsung-u geridə qoymağı planlaşdırır.

Beləliklə satılmış 200 milyon ədəd smartfon heç də şirkəti qane edən bir göstərici deyil. Keçən il şirkət 153 milyon ədəd smartfon satmışdı. Bu il isə o öz göstəricilərini yaxşılaşdıra bildi. Şirkətin təmsilçiləri bu il əsasən P20, Honor 10 və Mate 20 seriyasına aid smartfonların məşhurluqlarını qeyd ediblər. Huawei şirkətinin statistikasına əsasən hal hazırda onun smartfonlarından 170-dən çox ölkədən ümumilikdə 500 milyondan çox insan istifadə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264