İKT

Huawei bu noutbkundan 5 dəqiqəyə 10 min ədəd satdı
25 DEKABR 2018
212

Huawei bu noutbkundan 5 dəqiqəyə 10 min ədəd satdı

2018-12-25 14:57:00

Bir həftə əvvəl anons edilən “Huawei MateBook 13” noutbuklarının rəsmi satışına start veriləndən sonra 10 min ədədən ibarət ilk partiya 5 dəqiqəyə satılıb.

Fins.az xəbər verir ki, təkcə “JD.com” medançasında bu noutbuka 300 min ilkin sifariş yığılıb. Belə ki, cihaz Çinin daha bir populyar onlayn mağazası olan "Tmall"da da satışa çıxarılıb.

Qeyd edilir ki, bu cür böyük tələbatın səbəbi cihazın qiymət və imkanlar balansındadır. Hazırda noutbuk Core i5 və i7 prosesorları və 256 və 512 həcmli SSD ilə təchiz olunmaqla 4 konfiqurasiyada təqdim olunur. Baza konfiqurasiyada onun qiyməti 725 ABŞ dolları, top konfiqurasiyada isə 930 dollar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264