İKT

Azərbaycanda mobil operatorlar nə qədər qazanıb?
24 DEKABR 2018
211

Azərbaycanda mobil operatorlar nə qədər qazanıb?

2018-12-24 11:32:00

2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 694,4 milyon manatlıq xidmət göstərblər.

Fins.az Trend-ə istinadən bildirir ki, göstərilən xidmətin 72,7 faizi əhali tərəfindən istehlak olunub.

2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,2 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,8 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 46,9 faizi və ya 794,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027