İKT

2018-ci il sosial media üçün necə yadda qaldı?
24 DEKABR 2018
110

2018-ci il sosial media üçün necə yadda qaldı?

2018-12-24 11:17:00

Gəlin, ötən il sosial media platformalarında baş verən hadisələri birlikdə nəzərdən keçirək. 2019-cu ilin trendləri isə bizi strategiyamıza yenidən baxmağımıza məcbur edəcək. Elə isə başa çatmaqda olan 2018-ci ili və qarşıdan gələn 2019-cu ilin trendlərini dəyərləndirək. Yeni ilə sağlam bir başlanğıc edək.

Yazımda ötən il yaşadığımız dəyişiklikləri sizin üçün xülasə etdim. 2019-cu ilin trendlərini isə bu yazımda sizə təqdim edəcəyəm. Ümid edirəm ki, bu yazı 2019-cu il ilə bağlı işlərinizə işıq olacaq.

Yeniliklərlə, qalmaqallarla, süni zəka ilə formalaşan alqoritimlər ilə ötən bir ili daha geridə buraxdıq. Dünya əhalisinin yarısından çoxu internetə qoşuldu, sosial media istifadəçilərinin sayı isə illik 13% artaraq 3.196 milyard nəfərə çatdı. Bütün dünyada orqanik baxış sayı aşağı enməyə davam etdi. "Mobile first" anlayışının yerini "Human first" aldı. Bir çox sahibkar sosial medianı kəşf etdi. Sosial media hədəf kütlənizə çatmağın ən effektiv yollarından birini təklif edir. Elə bu baxımdan sosial platformalarda paylaşılan kontentin əhəmiyyəti gün keçdikcə artmağa davam etdi.

Keçmişə baxaraq, gələcək strategiyamızı yaradaq

"Instagram" istifadəçilərinin sayı 1 milyard nəfərə çatdı

- Hər ay 1 milyard nəfər "Instagram"a daxil olur. Şirkət istifadəçiləri üçün ardı-arası kəsilmədən yeni funksiyalar, həllər təqdim edir.

-"Instagram" il içində hər ay demək olar ki, yeni bir funksiya yaratdı. Yenilik sonrası, alqoritmlərdəki dəyişikliyi isə birlikdə hiss etdik.

- "Influencer marketinq"in böyük maraq gördüyü platformada, "Instapods" çılğını "alıb-başını" getdi.

- Kəşf elə bölümünə çıxmağın bir yolu olaraq yaranan bu üsulu bir çox Micro-Macro ınfluencer istifadə etdi. Platformanı il boyu demək olar ki, hacklandi.

- Instagramın "Stories" bölümü üçün iki yenilik gəldi. "Önə çıxanlar" və "hekayə arxivi". Bu yeni funksiya ilə "stories"də paylaşılan keçici kontentlərin qalıcı-təkrar istifadə edilməsi mümkün oldu.

- "Instagram" "stories" reklamları üçün bütöv ekran dəstəyi gəldi. Çıxarış funksiyası ilə birlikdə istifadəyə verilən bu yeniliklərlə: həştəq, yer, anket, musiqi və link üzərindən daha çox "reach" əldə edildi.

- "Facebook"dan isə deyiblər ki, "Instagram Stories" kampaniyaları bu günə qədər yayımladıqları arasında ən yüksək investisiya geridönüşünə sahibdir. Həmçinin şirkət elan edib ki, əhəmiyyətli sayda rezervasiya edilib.

- "Instagram" sahibkarlar üçün"Shopping on Instagram" interaktiv bir platforma da yaratdı.

- İyulda IGTV-yə xoş gəldin dedik. Adıçəkilən platforma istifadəçilər tərəfindən böyük marağa səbəb oldu. Ekspertlər isə deyirlər ki, yaxın 3-5 il içində IGTV "YouTube"a rəqib olacaq.

"WhatsApp"da istifadəçilərin sayı 1,2 milyard nəfərə çatdı

- "WhatsApp" dünya miqyasında 1,2 milyard istifadəçiyə çatdı. Bununla reklam dünyasına açılacaq pəncərəni daha da araladı.

- "WhatsApp" kiçik sahibkarlıq üçün "WhatsApp Business"i istifadəyə verdi. Android əməliyyat sistemi üçün pulsuz olan tətbiq, biznes profilləri, mesajlaşma vasitələri kimi əlavə funksiyaları ilə reklam etməyə açıq hala gəldi. İl içində edilən yeniliklər arasında paylaşılan mesajlara şəxslərin adlarının tag olunması, səsli, görüntülü qrup zəngləri, smaylik, qruplar üçün əlavə funksiyalar oldu.

"Facebook"da istifadəçi sayı 2,23 milyard nəfərə yüksəldi

- Hər ay 2,23 milyard nəfər "Facebook"a daxil oldu, amma bu rəqəm hesabını bağlayanlara da mane ola bilmədi.

- "Facebook" ilin əvvəlində xəbər lentini yenilədi. Bu, funksiya istifadəçilərə xəbər lentlərini daha çox yoxlamağa imkan verdi. Amma istifadəçilər ilə markalar arasındakı əlaqəni aşağı saldı. Bu, funksiya ilə süni zəka dəstəkli alqoritmlərin təsirini daha çox hiss etməyə başladıq. "Facebook" "fan" səhifələri böyük istifadəçi itirdi.

- "Facebook" fevralda üz tanıma funksiyasını yaratdı. Bu funksiya ilə içində olduğumuz amma tag olunmadığınız fotoları da taparaq nəzarətdə saxlamağımıza kömək oldu.

- "Facebook" martda isə yeni bir platforma olan "Marketplace"i yaratdı. Bu platforma milyonlarla istifadəçinin marağına səbəb oldu. Belə ki, burada alış-veriş etmək və ikinci əl əşyalar tapmaq mümkün idi.

 

-"Cambridge Analytica" qalmaqalı "partlayış" etdi. "Facebook"un üçüncü tərəf tətbiqlərə verdiyi əlçatanlıq (API) başına dərd oldu. İstifadəçi məlumatlarından sui-istifadə olunması "Facebook"da qan itirilməsini başlatdı. #DeleteFacebook həştəqi bütün dünyanın gündəmini zəbt etdi.

- "Facebook" qruplar üçün "Watch Parti" funksiyasını elan etdi. Milli.Az facemark.az-a istinadən bildirir ki, bu funksiya hesabına istifadəçilər video izləyən zaman bir araya gəlib toplu halda söhbət edərək bağlantı qura bilərlər.

- "Facebook" hər gün 300 milyondan çox insanın "Facebook Stories" və "Messenger Stories"dən istifadə etdiyini elan edib.

- "Facebook", "Facebook Messenger 4" i stifadəyə verərək ili başa vurdu.

"YouTube" 1,47 milyard istifadəçiyə çatdı

- Hər ay 1,47 milyard nəfər "YouTube"a giriş etdi, kontent yaradanlara isə xəyal qırıqlığı yaşatdı.

- "YouTube" ilin əvvəlində "YouTube Creators for Change" üçün investisiyalarını artıracağını açıqladı. Dünya miqyasında ilham verən 39 kontent yaradıcısı ilə əməkdaşlıq etdi.

- "YouTube" birbaşa yayımlarda həyata keçirilən söhbət axınlarını izləmə funksiyasını istifadəyə verdi. Kontent yaradıcılar artıq mobil canlı axınlara və ya video kontentə yer bildirimi və ya favori bağlantılarını əlavə edərək paylaşa bilirlər.

- "YouTube" internetsiz video izləmə imkanı təklif edən "YouTube Go"yu 130 -dan çox ölkədə əlçatanlıq qazandı.

- "YouTube" yeni "YouTube Musiqi"ni istifadəyə verdi. Platforma sadəcə musiqi videoları deyil, rəsmi albumlar, single-lar, remikslər, canlı performanslar, coverlər və sadəcə "YouTube"da tapa biləcəyiniz musiqiləri bir arada təklif edir.

- "YouTube" il içində kontent yaradıcılarını xəyal qırıqlığı yaşatdı. Nəzarətsiz müəllif hüququ maneələri, saxta izləyicilər və abunəliklərə qarşı hələ də hər-hansı sanksiyanın gəlməməsi kontent yaradıcılarını bezdirən səbəblərdən idi.

"Twitter"də istifadəçi sayı 335 milyon nəfərə çatdı

- Platforma həştəqlərin cümhuriyyəti olduğunu təsdiq etdi. Gündəm hələ də həştəqlər üzərindən izlənilir və "twitter"dan soruşulur."Twitter" ən etibarlı sosial məcra olma gücünü qoruyur.

-"Twitter" fevralda yer işarələri funksiyasını istifadəyə verdi. Bu funksiya ilə əsas ekranımızdakı tvitləri sürətlə gözdən keçirib, işarələməyimizə və vaxtımız olanda yenidən baxmağımızı mümkün etdi.

- "Twitter" avqustda "Twitter Lite"ı istifadəyə verdi. Tətbiq "Twitter"dən istifadə edən zaman daha az megabayt xərcləməyi və axıb gedən ekran məlumatlarını arxivləməyə imkan verir. Tətbiq 45 ölkədə istifadəyə verildi.

- "Twitter" yayın sonunda bot olduğunu düşündüyü istifadəçilərin və passiv istifadəçilərin hesablarını bağladı. Qırğının yaşandığı bu günlərdən sonra, etiraz edən istifadəçilərin hesabları geri qaytarıldı.

"Snapchat" 301 milyon istifadəçiyə yüksəlib

- Hər ay 301 milyon nəfər "Snapchat"a daxil oldu. Platforma gənclərin marağına səbəb olsa da, hələ də bütün dünyanı əhatə edə bilmir.

- Gündəlik 186 milyon aktiv istifadəçiyə sahib olan platformada dalğalanmalar davam edir. "Instagram" bu platformadan bir çox funksiyanı kopyalayıb, amma görünən mənzərə odur ki, adıçəkilən platforma yüksəlişdədir. Güman edilir ki, "Snapchat" 2019-cu ilə fərqli bir şəkildə daxil olacaq və bütün platformalar arasında seçiləcək.

2018-ci ilin yuxarıdakı informasiyaları fonunda 2019-cu ilin sosial media trendlərini formalaşdıran 4 əsas axın və 4 dəstəkçi faktor var.

© Milli.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256