İKT

Huawei P30 flaqman seriyası inqilabi mobil kameralar əldə edə bilər
24 DEKABR 2018
147

Huawei P30 flaqman seriyası inqilabi mobil kameralar əldə edə bilər

2018-12-24 10:34:00

Mobil smartfonlar barəsində düzgün məlumatların verilməsi ilə məşhurlaşmış insayder Evan Blass Huaweişirkətinin gələcək flaqman modelləri barəsində məlumatlar verib. Onun verdiyi məlumata əsasən şirkətinin P30seriyası mobil fotoqrafiya sahəsində daha bir inqilabi həll təklif edəcək.

“P30 mobil kamera sahəsində daha bir təkmilləşdirilmiş smartfon olmağa iddialıdır. Smartfonu görmüş şəxsin sözlərinə görə P30 modeli 40 MP-lik üçlü arxa kameraya və 24 MP-lik ön kameraya sahib olacaq. Arxa kamera həmçinin fotonun keyfiyyətinin itməməsini təmin edəcək beşqat optik zoom özəlliyinə sahib olacaq” – deyə Evan Blass bildirib.

Evan Blass-ın verdiyi məlumatdan belə qənaətə gəlmək olar ki, P30 modelinin kameraları P20 Pro ilə Mate 20 Pro modellərinin kameralarına bənzəyəcək. Bundan əlavə olaraq P30 Pro modelinin kameraları barəsində də ilkin məlumatlar verilib. Məlumata əsasən P30 Pro modeli 4 arxa kamera ilə təchiz olunacaq. Onlardan biri isə 3D skan özəlliyindən cavabdeh olacaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, smartfon bazarında ilk dəfə olaraq P30 Pro modeli onqat hibrid zoom və beşqat optik zoom özəlliklərinə sahib olacaq. Huawei şirkətinin yeni flaqman modellərinin gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266