İKT

2019-cu ilin əvvəlində Apple 2 yeni iPad modeli təqdim edəcək
24 DEKABR 2018
146

2019-cu ilin əvvəlində Apple 2 yeni iPad modeli təqdim edəcək

2018-12-24 10:22:00

 Fins.az-ın məlumatına görə,2019-cu ilin ilk yarısında Apple şirkəti öz pərəstişkarlarını yeni iPad modelləri ilə sevindirə bilər. Söhbət yeni iPad Mini modeli və yüksək qiymət göstəricisinə sahib olmayan 9.7 düym ekranlı iPad modelindən gedir. Bu barədə Macotakara saytı xəbər verib. Məlumata əsasən yeni iPad Mini modelinin istehsalına bu ayın sonunda start verilməlidir.Məlumatda həmçinin qeyd olunub ki, beşinci nəsil iPad Mini modeli yeni prosessor və ekranla təchiz olunacaq. Qeyd etmək lazımdır ki, şirkət artıq bir neçə ildir ki, iPad Mini seriyasını yeniləmir. Belə ki, iPad Mini 42015-ci ildə satışa çıxmışdı. Lakin 9.7 düym ekrana sahib iPad bu ilin mart ayında təqdim edilmişdi. Lakin şirkət onu bir qədər təkmilləşdirmək niyyətindədir. Belə ki, şirkət planşetin ekranını 10 düymə kimi böyütməyi və onun ətraf çərçivələrini nazikləşdirməyi planlaşdırır. Sözügedən modelin qiymətinin isə əvvəlki kimi olacağı bildirilir. Qeyd etmək lazımdır ki, hal hazırda 9.7 düym ekrana sahib iPad modelinin Wi-Fi funksiyalı versiyası 329$-a, LTE funksiyalı versiyası isə 459$-a satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272