İKT

“WhatsApp” messencerində qrup zəngləri daha əlverişli oldu
21 DEKABR 2018
421

“WhatsApp” messencerində qrup zəngləri daha əlverişli oldu

2018-12-21 17:54:00

“WhatsApp” messencerinin tərtibatçıları “iOS” sistemində qrup videozənglərinin yaradılması prosesini sadələşdiriblər. Əvvəllər istifadəçilər təkbətək formatda ünsiyyətə başlamalı idi və yalnız bundan sonra digər iştirakçıları dəvət etmək imkanı əlçatan olurdu. İndi isə bir neçə toxunuşla bir neçə iştirakçıdan ibarət videoçat yaratmaq mümkündür.
Fins.az xəbər verir ki, "zənglər" (Calls) bölməsinə daxil olan istifadəçilər yuxarı hissədə sağ küncdəki yeni ikonkaya sıxa, zəng etmək lazım olan kontaktları və rabitə üsulunu (səsli və ya videoçat) seçə bilərlər. Ancaq videoçatda əvvəlki kimi eyni zamanda ən çox 4 istifadəçi iştirak edə bilər.
“WhatsApp” messencerinin yeni versiyası "iPhone" sahibləri üçün artıq əlçatandır. Messencerin “Android” üçün versiyasında videozəng funksiyası "tezliklə" təkmilləşdiriləcək.
Məlumat üçün bildirək ki, qrup videozəngləri illər öncə “Skype”da reallaşdırılıb: bu xidmətdə eyni zamanda 24-dək istifadəçi ünsiyyət saxlaya bilər. “FaceTime”də cari ilin oktyabrından istifadəçilərin sayına qoyulmuş limit 2-dən 32-dək artırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263