İKT

Əhalinin neçə faizinin internete çıxışı var? – RƏSMİ AÇIQLAMA
21 DEKABR 2018
235

Əhalinin neçə faizinin internete çıxışı var? – RƏSMİ AÇIQLAMA

2018-12-21 13:10:00

"Hazırda dünya əhalisinin sayı 7,593 milyard nəfərdir və bunun 53%-i yaxud 4,021 milyard nəfəri internet istifadəçisidir. Aktiv sosial media istifadəçilərin sayı 3,196 milyard, (42%), aktiv mobil sosial şəbəkə istfadəçilər 2,958 milyard (39%) nəfərə bərabərdir”.

Fins.az xəbər verir ki, bunu "Bakcell"in media nümayəndələri üçün təşkil etdiyi təlimdə çıxış edən Şirkət Məhsulların İdarə Edilməsi Departamentinin rəhbəri Cəlil Xəlilov deyib.

Onun sözlərinə görə, dünya əhalisinin 68%-i və ya 5,135 mlrd. nəfəri mobil telefon istifadəçisidir.

C.Xəlilov qeyd edib ki, Azərbaycanda əhalinin 78%-nin internetə çıxışı var.

"Onların 56%-i ev şəraitindəki internetdən, 55%-i mobil internetdən istifadə edir. Cəmi 21%-i isə ictimai WiFi-dan istifadə edir.

Hazırda mobil telefon istifadəçilərinin yarısından çoxu mobil internetdən istifadə edir. İnsanlar arasında mobil əlavələrdən istifadə vərdişi artmaqdadır.

Mobil internetə maraq regionlarda olduqca güclüdür".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269