İKT

Mobil operatorlarda çalışan xarici vətəndaşların – SAYI
21 DEKABR 2018
267

Mobil operatorlarda çalışan xarici vətəndaşların – SAYI

2018-12-21 12:11:00

Azərbaycanda İKT-nin inkişafının ilk dövrlərində ölkəmizdə fəaliyyət göstərən şirkətlər əcnəbi mütəxəssislərlə əməkdaşlıq edir, onların əməyindən faydalanırdılar. Lakin zaman keçdikcə həmin əcnəbiləri yerli mütəxəssislər əvəz etməyə başladı.

Bu şirkətlərə Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar da daxildir. Belə ki, yarandığı ilk günlərdə mobil operatorlarda əcnəbi mütəxəssislərin sayı kifayət qədər olsa da, artıq onların sayı kəskin azalıb.

"Azercell Telekom" MMC

Şirkət 1996-cı ilin yanvarında təsis edilib və həmin ilin dekabrın 15-də Azərbaycanda kommersiya fəaliyyətinə başlayıb. Hazırda mobil operatorda cəmi 1 əcnəbi mütəxəssis, istehlakçı seqment biznes strukturunun rəhbəri - Georgios Çatzis fəaliyyət göstərir.

“Bakcell”
“Bakcell”

"Bakcell" MMC

Şirkət 1994-cü ilin mart ayında GTİB şirkəti və Azərbaycan Respublikası Rabitə Nazirliyi tərəfindən Birgə Müəssisə kimi təsis edilib. Hazırda mobil operatorda 3 əcnəbi fəaliyyət göstərir. Onlardan biri baş icraçı direktor Nikolai Beckersdir.

“Bakcell”
“Bakcell”

Bundan başqa, şirkətin digər əcnəbi əməkdaşı baş marketinq direktoru Todor Dimitrovskidir.

“Bakcell”
“Bakcell”

Mobil operatorun, həmçinin internet məhsulları və rəqəmsal biznes şöbəsinin rəhbəri də əcnəbidir. Şirkətdə bu vəzifəni Hasan Şahid icra edir.

“Bakcell”
“Bakcell”

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Hal-hazırda şirkətdə çalışan əcnəbi yalnız baş icraçı direktor Qunnar Pankedir

“Bakcell”
“Bakcell”

© finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262